Bu sahədə çalışanlar 3 min manatdan çox maaş alır


  • 10:58 / 17 06 2021 |
  • Bölmə: İqtisadiyyat


Azərbaycanda ən çox əməkhaqqı verilən sahə məlum olub.

“Rupor” Trend-ə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalaraq 722,3 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3209,2 manat, qeyri neft-qaz sektorunda 670,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 629,3 manat, özəl müəssisələrdə isə 836,2 manat olub.




Oxşar xəbərlər