Şirkət 20 min manat cərimələndi


  • 10:27 / 14 09 2021 |
  • Bölmə: İqtisadiyyat


“MƏNNUR TİKİNTİ” MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi, həmçinin fəhlənin tikinti zamanı az ağır dərəcəli bədən xəsarəti alması faktına dair Qazax rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək qanunvericiliyinin pozulması) və 198.3-cü (əməyin mühafizəsi qaydalarının pozulması - zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəlləri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. 

Prokurorluqdan "Rupor"a daxil olan məlumata görə, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin 2021-ci il 10 iyun tarixli qərarı ilə “MƏNNUR TİKİNTİ” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.





Oxşar xəbərlər