Avropa İttifaqının qalib Azərbaycana münasibətində postmüharibə dəyişikliyi - Siyasətçi şərhi


  • 20:23 / 13 10 2021 |
  • Bölmə: İqtisadiyyat


Müharibədən sonra Qafqaz bölgəsinin transmilli və transmagistral iqtisadi layihələrin, eləcə də yeni  Şərq-qərb, Şimal-Cənub dəhlizlərinin qovşağına çevrilməsi perspektivi reallaşmaqdadır".

Bu sözləri "Rupor"a açıqlamasında Yüksəliş Partiyasının başqanı Anar Əsədli bildirib. 
 
Ay partiya başqanı bildirib iki,  Azərbaycanın strateji əhəmiyyətli geosiyasi məkanda - Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan ən əhəmiyyətli beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi onu əsrlər boyu transmilli dünya qüvvələrinin xüsusi maraqları sahəsində saxladı. 

Anar Əsədıli onu da vurğulayıb ki,, əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana zəngin karbohidrogen ehtiyatlarından  yeni dividentlər əldə etmək şansı verdi: "Biz bu reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi dəyərləndiririk.

  Bölgədə strategiya və transmilli nəqliyyat və kommunikasiya siyasətinin həyata keçirilməsində mühüm faktor kimi son vaxtlar Zəngəzur dəhlizinin əhəmiyyəti təkcə dəhlizətrafı 6 ölkənin deyil, Asiya və Avropanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin də diqqətini cəlb etmişdir.

   Hazırda Azərbaycanın dünya dövlətləri ilə güc mərkəzləri ilə münasibətlərdə  üstünlük olaraq önə çəkdiyi ölkənin geosiyasi, geoiqtisadi və coğrafi reallıqlarıdır və bu da ölkənin strateji maraqlarının təmin edilməsində aparıcı rol oynayır. 

  Kommunikasiya xətlərinin açılmasını nəzərdə tutan üçtərəfli razılaşmanın müddəalarının həyata keçirilməsi ilə Azərbaycan iqtisadi gəlirlər və regional qovşaq statusu ilə bərabər, İpək yolunun dirçəldilməsi ilə siyasi dividentlər də qazanmış olacaq".

Toğrul Quliyev



Oxşar xəbərlər