Lirənin ucuzlaşması manata təsir göstərə bilməz - Rəsmi


  • 12:07 / 08 12 2021 |
  • Bölmə: İqtisadiyyat



“Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var. Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb və indi də deyil”. 


"Rupor" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev deyib.

AMB rəsmisi onu da diqqətə çatdırıb ki, türk lirəsinin ucuzlaşması manatın məzənnəsinə təsir göstərə bilməz. 






Oxşar xəbərlər