Azərbaycanda 700 milyon dollarlıq müqavilə imzalandı


  • 12:26 / 01 01 2022 |
  • Bölmə: İqtisadiyyat


Hindistanın “Ram Charan Co Pvt. Ltd” şirkəti Azərbaycana tullantıların emalı üçün avadanlıqların təchizatına dair yerli şirkətlərdən biri ilə müqavilə bağlayıb. 

Bu barədə məlumatı “Manufacturing Today” nəşri yayıb. Məlumata görə, müqavilənin dəyəri 700 milyon dollar olaraq qiymətləndirilir. 
Müqaviləyə əsasən, şirkət 2022-ci ilin dekabrından etibarən Bakı ətrafında sənaye rayonlarında tullantıların emalı üzrə avadanlıqların təchizatını və quraşdırılmasını həyata keçirəcək. 

Bildirilir ki, “Ram Charan” şirkəti Azərbaycanın sənaye rayonlarında sənaye tullantılarının idarə edilməsinə və bu sənaye sahələrinə əhəmiyyətli miqdarda enerjinin qaytarılmasına kömək etmək məqsədilə sözügedən yüksək keyfiyyətli avadanlıqları quraşdıracaq. Quraşdırılan bu avadanlıqların ilkin mərhələdə 200 MVt-a qədər elektrik enerjisi hasil edəcəyi gözlənilir. (Qafqazinfo)




Oxşar xəbərlər