Türkiyə 2021-ci ildə aerokosmik sahədə rekord qırıb - Hulusi Akar


  • 23:43 / 06 01 2022 |
  • Bölmə: İqtisadiyyat


“Daxildə və sərhədlərimizin xaricində uğurla həyata keçirilən əməliyyatlarda - Egey, Aralıq dənizi və Kiprdə, xüsusilə Azərbaycan və Liviyada hüquq və mənafelərimizin qətiyyətlə qorunmasında daxili və milli qaynaqlarla istehsal edilən bu silah sistemlərinin TSK-nın bir çox coğrafiyada, xüsusilə bir çox bölgədə üzərinə götürdüyü vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsinə töhfəsi açıq şəkildə görünür”.

“Rupor” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, NATO standartlarında istehsal edilən və əməliyyatlarda sınaqdan keçirilən silah sistemlərimizin effektivliyi bütün dünyanın diqqətini çəkib:

“Yerli və milli müdafiə sənayesi məhsullarımıza tələbat gündən-günə artıb. “Made in Turkiye” brendi beynəlxalq bazarda layiq olduğu mövqeyə yüksəlib. Bunun ən konkret nümunəsi odur ki, ölkəmiz 2021-ci ildə təqribən 3,3 milyard dollar ixrac edərək müdafiə və aerokosmik sahədə rekord qırıb”.




Oxşar xəbərlər