ABŞ işğal etdiyi ölkədə neft emalı zavodu tikir


  • 13:47 / 09 01 2022 |
  • Bölmə: İqtisadiyyat / Dünya


ABŞ Suriyanın şimal-şərqindəki Haseke əyalətində neft emalı zavodu tikir.

"Rupor" Suriyanın yerli mediasına istinadən xəbər verir ki, Agentliyin məlumatına görə, zavodun gücü sutkada 3 000 barel olacaq.

Qeyd edək ki, Suriyanın şərqində və şimal-şərqində yerləşən Haseke, Deyr əz-Zor və Rakka əyalətləri, demək olar ki, ABŞ tərəfindən idarə olunur. 2015-ci ildən indiyədək ABŞ komandanlığı bu ərazidə doqquz hərbi baza yaradıb. Onlardan dördü Deyr əz-Zordakı neft yataqlarının yaxınlığında, daha beşi Suriyanın taxıl anbarı sayılan qonşu Haseke əyalətində yerləşir.

Xatırladaq: Liviyada vətəndaş müharbəsinin başladığı dövrdə - 2011-ci ildə HATO blokuna daxil olan bir neçə ölkə Qəddafinin qətlinə nail oldular və onun ölkəsini işğal etdilər. Bu işğalçılıq prosesində ABŞ əsas qüvvələrdən biri idi. 2011-ci martn 17-də NATO-nun Təhlükəsizlik Şurasının üzvü olan 3 ölkə - ABŞ, Fransa, Böyük Britaniya birgə saziş imzalayaraq, Liviyaya hərbi müdaxilə etmək planlarını gerçəkləşdirdilər. 



Oxşar xəbərlər