Dünyada yarım milyarddan çox insan pandemiya səbəbindən ifrat yoxsulluğa düçar ola bilər.


"Rupor" bildirir ki, bu barədə bazar günü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankı (DB) məlumat yayıb.

12 dekabr Beynəlxalq Sağlamlıq Günü münasibətilə dərc edilən hesabatda pandemiyanın yoxsulluğun artması və gəlirlərin azalmasına səbəb olduğu bildirilib.

Hesabat müəlliflərinin fikrincə, belə şəraitdə dövlətlər səhiyyə və sosial dəstək üçün xərclərini artırmalı, əsas diqqəti ilkin tibbi yardım sisteminə yönəltməlidir.




Oxşar xəbərlər