Tokayev ölkəyə dəyən ziyanın məbləğini açıqladı


  • 21:40 / 10 01 2022 |
  • Bölmə: İqtisadiyyat / Dünya


Qazaxıstandakı iğtişaşların vurduğu ilkin iqtisadi ziyan 2-3 milyard dollar təşkil edə bilər.

“Rupor” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığında ölkədəki vəziyyəti müzakirə edərkən deyib.

“Kasım-Jomart Tokayevin fikrincə, dövlətə dəyən ilkin iqtisadi ziyan 2-3 milyard ABŞ dolları təşkil edə bilər”, - Tokayevin mətbuat xidmətinin məlumatında deyilir. 




Oxşar xəbərlər