Buğdanın qiyməti azaldı


  • 22:09 / 18 08 2022 |
  • Bölmə: İqtisadiyyat


Ərzaq sazişindən sonra dünyada buğdanın qiyməti 8% ucuzlaşıb.

"Rupor'" xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransında deyib.

Baş katib bildirib:

"Biz qlobal ərzaq bazarlarının stabilləşməyə başladığının əlamətlərini görürük. Sazişlərin imzalanmasından sonra buğdanın qiyməti 8%-ə qədər ucuzlaşıb".


O, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksinin iyul ayında 9% azaldığını və bunun 2008-ci ildən bəri ən böyük azalma olduğunu söyləyib.
 



Oxşar xəbərlər