“Enerji menecment sisteminə dair tələblər” təsdiq edildi


  • 14:17 / 19 08 2022 |
  • Bölmə: İqtisadiyyat


Nazirlər Kabineti “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” 9 iyul 2021-ci il tarixli qanunun tətbiq edilməsi barədə” ölkə prezidentinin 20 avqust 2021-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə “Enerji menecment sisteminə dair Tələblər”i təsdiq edib.

"Rupor" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi ilə birgə enerji menecment sisteminə dair beynəlxalq standartın (İSO 50001 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”) dövlət standartı kimi təsdiqi ilə bağlı müvafiq tədbirlər görməlidir.



Oxşar xəbərlər