“Təqib və İzləmə” Sistemi yaradılacaq


  • 12:50 / 23 09 2022 |
  • Bölmə: İqtisadiyyat


Azərbaycanda kölgə iqtisadiyyatının aradan qaldırılması üçün “Təqib və İzləmə” Sistemi yaradılacaq.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinin aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlandığı qeyd olunub. Qanun layihəsinin qəbul olunması ilə istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə nəzarətin həyata keçirilməsinə imkan verən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin yaradılmasının nəzərdə tutulduğu bildirilib.
Bunun da öz növbəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınmasında və son nəticədə istehlakçıların hüquqlarının qorunmasında mühüm rola malik olacağı müzakirə edilib. (Report)




Oxşar xəbərlər