Ştaja görə pensiyalar yenidən hesablanscaq


  • 16:17 / 30 09 2022 |
  • Bölmə: İqtisadiyyat


Qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyası yeni qaydada hesablanacaq.

“Rupor” xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Təklif olunan dəyişikliyə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılacaq.
Qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib



Oxşar xəbərlər