Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq tarixi köklərə əsaslanır


  • 10:30 / 08 09 2020 |
  • Bölmə: İstedadlar


Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı dost-qardaş münasibətlər tarixi köklərə əsaslanır. Müasir zamanımızda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin "İki dövlət, bir millət" tezisi ilə inkişaf edən bu qardaşlıq əlaqələri sentyabrın 27-də başlanan Qarabağ uğrunda Vətən müharibəsində də öz əksini tapdı.
Bu gün hər bir azərbaycanlının ürəyi Qarabağda döyündüyü kimi Türkiyəli qardaşlarımızın da bizə olan mənəvi dəstəyi ölçüyəgəlməzdir. Bu qardaşlıq, bu dostluq isə qələbənin əsas rəhnidir. Türkiyə Cümhuriyyətinin dövlət rəsmilərinin səsləndirdikləri dəstək bəyanatları ilə yanaşı, sadə vətəndaşların sosial şəbəkələr vasitəsilə səsləndirdikləri fikirlər hər bir mənada qürur yaradır. Eləcə də, Türkiyəli qardaşlarımızın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladıqları məktublarda yer alan dəstək fikirləri, Qarabağ döyüşlərində iştirak etmək arzuları bir daha onu göstərir ki, bu mənəvi bağlılıq dərin və əvəzsizdir. Qeyd etmək istəyirəm ki, bu bağlılıq qarşılıqlıdır və bu gün biz azərbaycanlılar, gənc nəsil öz keçmişimizdən örnək götürməliyik. Müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün, müasir Azərbaycanın memarı Heydər Əliyevin bu qardaşlığı özündə əks etdirən fikirlərini gələcək fəaliyyətimiz, yaşamımz üçün mayaka çevirməliyik. Prezident İlham Əliyevin bildirdiyi kimi, Türkiyə Azərbaycan qardaşlığı sarsılmazdır, əbədidir!

Əli HEYDƏRLİ
Bakı Türk Anadolu Litseyi, 12-ci sinif şagirdi




Oxşar xəbərlər