BDU-nun tələbələri mükafatlandırıldı - “Dəmir Yumruq, Dəmir Gənclik”


  • 22:30 / 13 02 2021 |
  • Bölmə: İstedadlar


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dəmir Yumruq, Dəmir Gənclik” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və ATGTİ sədri Pərviz Mirələmli Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində tələbə-gənclərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birlik nümayiş etdirərək düşmənə qarşı ön və arxa cəbhədə aparılan mübarizədən söz açılıb.

Çıxışlardan sonra təltifolunma mərasimi keçirilib.

Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nicat İsmayılov İlin Tələbə Gənclər Təşkilatı sədri seçilib. O,  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) 2020-ci il ərzində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində nümunəvi iştirakına görə müvafiq ada layiq görülüb.



BDU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini Elcan Məmmədli isə sosial şəbəkələrdə vətənpərvərlik tərbiyəsinin təbliğində göstərdiyi aktiv fəaliyyətinə görə Fəxri fərmanla təltif edilib. Eyni zamanda Yasamal Rayon Gənclər və İdman İdarəsi "Azərbaycan Gənclər Günü" münasibəti ilə E.Məmmədlini mükafatlandırıb.




Oxşar xəbərlər