“İlhamını səslədi” və “Mənim babam” dedi - Foto - Video


  • 09:31 / 01 06 2021 |
  • Bölmə: İstedadlar / Bilgi


“Vətəni Azərbaycana və Azərbaycan musiqilərinə olan sevgisi 9 yaşlı Yusifin düşüncələrində fərqli görünür. Azacıq musiqi anlayışı olan hər bir şəxs bunu onun bəstələrində və ifalarında hiss edə bilər”.

Bunu mətbuata açıqlamasında tanınmış musiqiçi, bəstəkar Elçin Atayev övladı Yusif Atayevlə haqqında təəssüratlarını bölüşərkən deyib. O, bildirib ki, bəstəkarlığa çox böyük marağı olan Yusif, özünəməxsus musiqi fantaziyaları var:

“Yusif 2012-ci ildə iyunun 5-də Bakıda anadan olub. O, 2018-ci ildə Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbinin skripka sinifinə qəbul olub və hazırda 3-cü sinifdə oxuyur. Onun bir neçə sözsüz musiqi fantaziyası var ki, bu da dinləyənlərin böyük marağına səbəb olur. Maraqlısı budur ki, oxumağı da sevir və öz bəstələrini özü ifa edir. Belə ki, şairə Pərixanım Mikayılqızının sözlərinə “İlhamını səslədi” və ictimai xadim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə “Mənim babam” musiqi bəstələyib və özü də məharətlə ifa edib”.

E.Atayev onu da xüsusi qeyd edib ki, hər iki mahnı 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təqdim olunub. Onun sözlərinə görə, buna səbəb insanları uşaqları qorumağa, onlara qayğısız həyat nəsib etməyə və uşaqların rəngarəng yaradıcı düşüncələrini həyat keçirməkdə onların yanında olmaq üçün bir çağırışdır.   

Adıçəkilən hər iki mahnıları təqdim edirik.

















Oxşar xəbərlər