Azərbaycan Beynəlxalq Olimpiadada yenə medal qazanıb - Foto


  • 19:01 / 28 06 2021 |
  • Bölmə: İstedadlar

19-25 iyun tarixlərində Sinqapurda onlayn qaydada baş tutan 33-cü Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2021 Singapore) nəticələri Baş Assambleyada başa çatmış səsvermə ilə rəsmiləşib. Azərbaycan ardıcıl 2-ci ildir ki, medallar qazanıb.

"Rupor" xəbər verir ki, bu barədə IOI rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, Rəşad Məmmədovun lideri və 2019-cu ildə yarışlara iştirakçı kimi qatılan, hazırda isə ADA Universitetinin tələbəsi olan İbrahim Tağızadənin debüt lideri olduğu komanda ölkəmizə iki bürünc medal qazandırıb.

Əziz Hüseynov birdən çox IOI medalı qazanmış ilk həmvətənimiz oldu. Səid Nəsibov bu yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq uğurlu nəticə göstərib.





Oxşar xəbərlər