
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin skripka şöbəsinin şagirdi Nuray Məmmədova Qazaxıstanda keçirilən müsabiqədə uğur qazanıb.
İdarədən AZƏRTAC-a bildirilən məlumata əsasən "Rupor" xəbər verir ki, Nur-Sultan şəhərində onlayn formatda keçirilən 1-ci Beynəlxalq klassik musiqi müsabiqəsində N.Məmmova Qran-Pri mükafatına layiq görülərək diplomla təltif edilib.
Münsiflər heyəti tərəfindən Nurayın müəllimi Violetta Həsənəlizadə və müsabiqənin konsertmeysteri Təranə İsmayılova təşəkkürnamə ilə təltif olunub.
