Məhv edilimiş tarixin bərpası - Elçin Məmmədov


  • 13:38 / 26 02 2021 |
  • Bölmə: Köşə



Mən demişəm, biz bu bölgəni-Qarabağı cənnətə çevirəcəyik "
Azərbaycan Respublikasının Prezidenti 
cənab İlham Əliyev


Rəşadətli ordumuzun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş tarixi yurd yerlərimizə səfərləri, habelə səfər zamanı aparılan quruculuq işləri, yeni infrastuktur obyektlərinin təməlinin atılması, tarixi abidələrin ziyarət edilməsi müstəsna əhəmiyyət kəsb edir.


30 ilə yaxın bir müddətdə "məhv edilmiş tarix", "yerlə yeksan edilmiş yurd yerləri " siyasəti nəticəsində tamamilə dağıdılmış yaşayış məskənləri, infrastruktur, xalqımıza aid mədəni, tarixi və dini abidələrin yenidən inşası, yaxud  bərpası ölkə başçısının prioritet məsələlərindəndir. Prezident İlham Əliyevin ifadəsi ilə desək, buranın əzəli və əbədi sakini olmadıqlarını bilən mənfur düşmən Dağlıq Qarabağda və onun ətrafında olan ərazilərdə tarixi izləri silmək istəyiblər, min illərin yadigarı olan mədəniyyət abidələrinə ziyan vurublar.
Tarixi yurd yerlərimizin işğaldan azad olunduğu gündən bəri Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mütəmadi olaraq bu ərazilərə bir neçə dəfə səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Ölkə başçısı işğaldan azad edilmiş rayonların, şəhərlərin, kəndlərin bərpa edilməsi ilə bağlı tapşırıq və tövsiyyələri sürətlə icra edilməkdədir.
 
Dövlət başçısının yeni həyatın qaytarılmasını istədiyi bu torpaqlarda yol və su xətlərinin bərpası və tikintisi arasında elektrik enerjisi təchizatı xüsusi yer tutur. Güləbird Su Elektrik Stansiyasının açılışı zamanı cənab İlham Əliyev qeyd etdi ki, bu ilkdir. Bundan sonra Laçın rayonu ərazisində 5, Kəlbəcrayonu ərazisində 12 su elektrik stansiyası yenidən qurulacaq. 
Doğma Qarabağımızda geniş vüsət almış quruculuq işləri içərisində bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesi də Prezidentimizin hədəfləri arasındadır. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri zamanı, xüsüsilə bir məqama toxunaraq bildirib ki, azad olunmuş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, "ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal ,sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" alternativ enerji sahələridir. Bundan başqa Prezident bu ərazilərin "yaşıl enerjı " zonasına çeviriləcəyini dəfələrlə çıxışlarında qeyd edib.

Qafqazda ilk olaraq həyata keçirilən bu müasir layihələr əhalinin firavan yaşaması, ərazinin turizim mərkəzinə çevirilməsi, iqtisadi potensialın güclənməsinə xidmət edir. 

Bir sözlə, işğaldan azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə müasir formada bərpa edilməsi, yenidən qurulması ilə bağlı həyata keçirilən layihələr bir daha sübut edir ki, pandemiya dövründə dünyada hökm sürən iqtisadi böhran Azərbaycan iqtisadiyyatına təsir etməyib.  Hərb meydanında qazanılan qələbə iqtisadiyyatımızın etibarlı əllərdə olduğunu bir daha təsdiq etdi.
İnanırıq ki, Ölkə başçısının apardığı uğurlu sosial-iqtisadi islahatların nəticəsində  vətənimiz və onun ayrılmaz parçası olan
Qarabağımız tezliklə cənnətə çevriləcək .


İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin direktoru




Oxşar xəbərlər