Cavab istəyirəm - Nərmin Qabil


  • 09:55 / 05 06 2021 |
  • Bölmə: Köşə


Bir jurnalistin peşəsini yerinə yetirərkən ölməsi, həm də öz haqq-halal torpağında, öz haqq səsini çatdırmaq üçün peşə borcunu yerinə yetirərkən ölməsi - öldürülməsi - şəhid olması qəbul edilməyəsi bir məqamdır. Jurnalist toxunulmazdır! Bunu uşaqdan böyüyə hamı bilir.

Məhz “toxunulmazın” düşmən minasında “parçalanması” bir millətin heysiyyətinə toxunan, qürurunu sındıran amildir. Həzm oluna bilinməyən hadisədir. O jurnalistlər niyə həlak olmalıydı? Çünki, 5-6 milyonluq, cılız, xəstə, şizofrenik toplum (xalq deyə bilmirəm) bilərəkdən mina xəritələrini Azərbaycana təqdim etmir. Hansı haqla? 30 il bütün beynəlxalq qətnamələri yox sayan

Ermənistan, indi də bu qanunsuzluğu ilə canlar almağa davam edir. Öz havadarlarının tərifli sözlərinə arxalanan mənfurlar hələ də beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Dur deyən, bəsdir deyən yoxdur. Niyə? Ağlı kəsən biri mənə izah etsin? Kimə lazımdır bu yazıq, köçəri tayfa? Kim onların ağzı ilə qatıq ölçür axı? yaltaq, əlaltı, casus qismində onalrdan istifadə etmək üçün mənfurluqlarına dünya susur? Həmişə susdular.

Erməni terronu görməzdən gəldilər. Xocalıya göz yumdular. Qarabağı unutdular. Gəncə və Bərdə hadisələrini dünya görmədi. Burnu qanayan jurnalist üçün yeri-göyü yerindən oynadan Qərb jurnalistə, silahsız insana qarşı törədilən bu barbarlığı yenəmi görməyəcək? Daha neçə jurnalist şəhid olmalıdır ki, dünya silkələnsin? 30 il ərzində basdırılan minalar daha neçə haqq səsini batıracaq?! Öncəliyi insan haqları olan , Beynəlxalq Jurnanist Təşkilatları niyə məsələyə əncam cəkmək üçün həmrəylik nümayiş etdirmirlər?

Məgər bir jurnalistin ölümü bütün dünya jurnalistikası üçün təhqir deyilmi?! Əgər haqlar qorunmayacaqsa, niyə beynəlxalq təşkilatalar var? Həm də haqlar niyə qurbanlar olandan sonra qorunmalıdır? Niyə Ermənistana təzyiq olunmur? Borc içində üzən, acından bir - birinin ətini yeyən bu millətin belinə niyə sığal çəkilir? Haqsız olduğu, hüquqları pozduğu, terrorçu olduğu , gunahsız insanları öldürdüyü, jurnalistlərin qətlinə durduğu, söz azadlığını boğmağa çalışdığı üçün?!

Cavab istəyirəm! Biri mənə, sənə, bizə, haqqı tapdalana, haqlı olana, günahsızlara, jurnalistlərə cavab versin! Cavab istəyirik!!!
                     
                                                                 




Oxşar xəbərlər