Nəfəs almaq istəyirəm, alınmır - Nihat Cəbrayıl


  • 14:44 / 24 07 2021 |
  • Bölmə: Köşə


Deməli bir az çətinə düşürsən, bir baxırsan dost dediklərinin rişğəndi başlayır, təklənirsən, kövrəlirsən, özünü yer planetindən kənar havasız bir qalaktika da hiss edirsən. Ayaqlarını yerə basmaq istəsən olmur, nəfəs almaq istəsən, havasızlıq yaranır, ulğumun boğazının sözünə baxmır. Yenə "əşi mənə elə gəlir" ətrafımdakılar yaxşıdı deyib, özünə təsəlli verirsən, inandırırsan. Yenidən onlara sarı gedirsən və bu səfər daha dəhşətli mənzərə ilə qarşılaşırsan.

Bir baxırsan ki, dünən səhərə kimi sənlə içib sərxoş olan qardaşlar, bu dəqiqə sənə potensial avara, pulsuz, çulsuz, işsiz, gücsüz, bar verməyən, qurumaq da israrlı olan ağac kimi baxırlar. Onlar bunu sənə deməsə belə, bir-birlərinə imalı baxışları bəs edir. Məsələn, Kamal Sunalın, hansısa filmindəki kimi bəzən insan ətrafındakı əclafların iki üzvlüyünü görmək üçün yalançı ölüm səhnəsini yaratmağa can atır. Bugün beş quruşsuz qaldığında səni xor görən əclaf, sabah sən öləndə dəfninə gələcəkmi? Təbii ki, gəlməyəcək səhnəsini izləmək istəyirsən. Yaşımın 37-si qədər repressiyalar görmüş adamam.

Məsələn, hər formada oğraşlığını, yaltaqlığını, məddahlığını, mənfəətçiliyi görmüşəm. Bu da dünyadakı bütün repressiyalardan daha böyük faciə olub mənim üçün.  Nə yalan deyim, kinsizliyim və sadəlövhlüyüm mənim bu şeylərdən dərs almağıma mane olub. İki aydır müxtəlif formada yaşadığım şansızlığım məni 37-nin qurbanlarından daha çox öldürüb, sarsıdıb. Yəni biz bu qədərmi dar ağacların girdabındayıq, bu qədərmi nankor "adamların" yaxınındayıq?

Nəysə boğazım qurudu, öd kisəm də ki, poliplərin sağlığına bir quruşqa pivə içim deyə sevinirəm. Pivə, noxud bu aralar ən səmimi dostlardı, hər gecə görüşüb baxışırıq, dərdləşirik sonra isə sarılıb yatışırıq...



Oxşar xəbərlər