Xankəndiyə köç nə vaxt olacaq? – “Proses başlayıb”




      Bölmə: Gündəm Tarix: 22.10.2023 / 11:14

“İşğaldan azad edilmiş digər ərazilər kimi, Xocalıya və Xankəndiyə də Böyük qayıdışın təşkili ilə bağlı dövlət başçısının tapşırıqları yerinə yetirilir və sakinlərin rəyləri dinlənilir”.

RUPOR.AZ xəbər verir ki, bunu "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O, qeyd edib ki, işğaldan azad olunmuş bütün şəhər, qəsəbə və kəndlərimizə geri dönüş dövlətin müəyyən etdiyi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir və keçiriləcək. 

Deputat bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərin sürətlə bərpası və dirçəldilməsi prosesi gedir: 

"Böyük Qayıdışa dair I Dövlət Proqramı vətəndaşlarımızın əzəli torpaqlarına geri qayıtması üçün bütün detalları əhatə edib. Təbii ki, vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə geri dönüşü layiqli şəkildə olacaq. Ona görə də bütün dövlət qurumlarının xidmətləri - hüquq-mühafizə, təhlükəsizlik, sosial, təhsil, tibb sahələri - hamısı  həmin ərazilərdə sakinlərin firavan həyat sürməsinə yönələcək. Mən də keçmiş məcburi köçkün, Xankəndi şəhər sakini kimi Böyük qayıdış çərçivəsində öz evimizə, yurdumuza dönəcəyimiz günü səbirsizliklə gözləyirəm".

T.Gəncəliyev deyib ki, Xankəndiyə dönüş də dövlətin müəyyənləşdirdiyi proqram çərçivəsində həyata keçiriləcək. Separatizmin kökü kəsildikdən sonra artıq Qarabağda əmin-amanlıq, təhlükəsizlik təmin edilib. 

"İşğaldan azad olunmuş ərazilərdə böyük infrastruktur layihələri həyata keçirilir, bütün şəhər və kəndlərimiz yenidən qurulur, bərpa edilir. Yollar, körpülər salınır, quruculuq işləri mərhələli şəkildə davam edir. İnsanların geri dönüb xoşbəxt yaşaması üçün artıq heç bir maneə, əngəl yoxdur. Tezliklə hamımız öz ev-eşiyimizə dönəcəyik. Bu proses başlayıb,  hesab edirəm ki,  bundan sonra da sürətlə davam edəcək", - deyə o əlavə edib.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---