Göyərçinlə xəbərləşən biləsuvarlılardan, ‌"Həzrət Abbasa məktub"! ‌ ‌ - Nihat Cəbrayıl yazır


  • 15:51 / 30 08 2021 |
  • Bölmə: Köşə


Deməli, dünya inkişaf etmiş texnologiyanın ən pik həddini yaşadığı vaxtda qəhrəmanlar diyarı Biləsuvarda internetin adı var, özü yoxdu. Az qala insanlar göyərçinlər vasitəsi ilə xəbərləşir. Bu vəziyyət rayonda adi hal alıb, insanlar texnologiyadan əlini üzüb. Rayonun əksər kəndlərində qış aylarında kanallarda sululuq dərəcəsi artdığında insanlar bir-biriləri ilə kanallara məktub yazıb ataraq xəbərləşirlər. (Həzrəti Abbasa yazılan məktub misalı).

Yay aylarında isə rayonda su olmadığından, göyərçinlər vasitəsi ilə əlaqə qururlar. Bir rayon düşünün ki, feodal qaydalarla idarə edilir. Biləsuvarda 21-ci əsr - 2021-ci il, yüz il sonra gələcək. Bu o deməkdir ki, internet üçün yüz il gözləməli olacağıq. Göyərçinlərin xəbər apardığı, Biləsuvarlılardan, ‌"Həzrət Abbasa məktub"! ‌ Düşünə bilirsiniz, şikayətlərlə bağlı heç bir aidiyyatı qurum vətəndaşları dinləmir, saymır, adam yerinə qoymur.

Yəni bir rayon düşünün ki, tanrı da unudub oranı, bu arada Biləsuvar bazarlarında göyərçin satışı artıb, xəbər çatdırmaq bacarığı olan göyərçinlər daha baha qiymətə satılır. Buyurun, qonşu rayonun sakinləri, siz də gəlin rəngarəng quşlardan alın, siz də xəbərləşməni bizim üsulla həyata keçirin.

"Sonda rayon sakinlərinin, yüz il sonra qurulacaq olan Biləsuvar rayon Telekommunikasiya Qovşağı idarəsinin rəisi Xalid Allahverdi oğlu Rüstəmova salamlarını göndərir uğurlar diləyirlər. (İnternet problemi, rayonun mərkəzi küçələrindən olan "Azadlıq", "şəhid Baba Xammədov", "Heydər Əliyev" küçələrində və ümumi rayon ərazisindədir)." Bu yazı Biləsuvar sakinləri tərəfindən Biləsuvar rayon Telekommunikasiya Qovşağına edilən saysız müraciətlər nəticəsiz qaldığından yazılmışdır. ‌

İmza: Nihat Cəbrayıl



Oxşar xəbərlər