“Dedi ki, pulu verməsən, şəkli arvadına göndərəcəm”




      Bölmə: Xəbər Tarix: 27.07.2023 / 16:35

Bakıda özəl şirkətdə işləyən Böyük Britaniya vətəndaşı G. C. iki qadın tərəfindən şantaj olunub.

Rupor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət əməli nəticəsində ingilis iş adamına 205 min manat ziyan dəyib.

Bu pul ondan hədə-qorxu və dələduzluq yolu ilə alınıb.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır.

E. Nəsrəddinova və Y. Məmmədova iş adamını rüsvayedici şəkilləri ilə şantaj edərək ondan 205  min manat alıblar.

Cinayət işində əsas fiqur E. Nəsrəddinovadır. Zərərçəkmişlə danışıqları o aparıb, şantaj vasitələrini düşünüb, pulları təhvil alıb.

Təqsirləndirilən şəxs məhkəmədə işin mahiyyəti barədə danışıb.

İş adamı təqsirləndirilən şəxsləri ilk dəfə Səbail rayonunda-Fəvvarələr Meydanının yaxınlığındakı PUB-dan çıxarkən görüb. O, içkili vəziyyətdə taksi gözləyərkən qızlar yaxınlaşıb, birlikdə içki içməyi, sonra isə münasibətdə olmağı təklif ediblər:

“Həmin vaxt üstümdə pul az idi. Razılaşdıq ki, gedim evdən pul götürüm, sonra da danışdığımız kimi davam edək. Məndən taksi pulu ilə birlikdə 420 manat aldılar. Bundan sonra onların tanıdığı bir evə getdik. Yatdığım yerdə şəklimi çəkiblər. İkisi də çılpaq vəziyyətdə yanımda…”

Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilənlər onu müxtəlif vasitələrlə, o cümlədən yataqdakı şəkli ilə şantaj ediblər:
“Əvvəl mənə dedilər ki, birlikdə olduğumuz evin sahibi polisə şikayət edib ki, evi fahişəxana kimi istifadə etmisiz. Filippinli bir dostumun da başına belə bir iş gəlmişdi deyə qorxdum ki, məsələ böyüyər, məni işdən çıxararlar. 2 min manat polisə, 2 min manat isə notariusa çatacağı adı ilə verdim. Bir neçə gün sonra dedilər ki, bəs məhkəmə cərimədən razı deyil, 6 min manat daha istəyirlər. Dediyinə görə, pulu verməsək, bizi fahişəlik maddəsi ilə həbs edəcəklər. Bu dəfə artıq etiraz etdim. Həmin vaxt şəklimizi çıxarıb göstərdi. Dedi ki, pulu verməsən, şəkli İngiltərədə yaşayan arvadına göndərəcəm. Mənlə bütün danışıqları E.Nəsrəddinova aparıb, pulların da böyük hissəsini məndən o alıb. Y.Məmmədovaya isə cəmi bir dəfə telefon almaq üçün 3800 manat vermişəm. Dediyinə görə, polisdə olan vaxt telefonu əlindən düşüb sınmışdı. Ümumilikdə 8 ay ərzində 205 min manat pul vermişəm”.

Zərərçəkmiş daha sonra prokurorun, vəkili Orxan Zeynalovun və müdafiə tərəfinin suallarını cavablandırıb.

Prokuroru maraqlandıran əsas məsələ isə təqsirləndirilən şəxsin zərərçəkmişin arvadının şəklini haradan tapması olub.

G.C. cavabında arvadının nəinki şəklini, əlaqə nömrəsini də tapdıqlarını deyib:

“Mən İngiltərədə olanda həyat yoldaşıma zəng etdi. Düzdü, açıq-aydın nə isə demədi, amma mənə mesajı çatdı”.

G.C. hazırda dəymiş ziyanın böyük hissəsini E.Nəsrəddinovadan tələb edir.

Qeyd edək ki, E.Nəsrəddinova Cinayət Məcəlləsinin 182.3.2 ( hədə-qorxu ilə tələb etmə), 178.3.2 (dələduzluq-külli miqdarda törədildikdə), (təkrarən və xeyli miqdarda dələduzluq) maddələri, Y. Məmmədova isə 178.2.1( dələduzluq-qabaqcadan əlbir olan şəxslər tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. E.Nəsrəddinova həbsdədir. Y.Məmmədova barəsində isə istintaq dövrü müddətində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.





SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---