Təsadüfi adamların xəyanəti və ya nəticəsizlik! - Nihat Cəbrayıl


  • 17:13 / 31 07 2022 |
  • Bölmə: Köşə


Nəticəsinə razı olmaq şərti ilə istədiyimizi seçmək də və seçdiyimizi etməkdə azadıq... Nəticə... Qarşılaşdığımız hadisələrdən kənarda qalma şansımız yoxdu. Cünki bu həyatı yaşamağa və gəlmişik. Yeriyərək, yürüyərək, sürünərək yaşamaqdayıq. Yalnızlığı bacara bilmirik. Bu səbədən kəsmirik qohumluq əlaqələrini.

Ana-ata, bacı- qardaş yetmir, dostluqlar qururuq, sevgilər yaşayarıq, qohumlarla sıx ünsiyyətdə oluruq, ən müxtəlif hisslər yaşayır və yaşadırıq. Bir gün bu hisslərdən biri xəyanətlə də tanış oluruq. Bu hiss öldürür bir anda ən gözəl duyğuları. Dünyaya ilk göz açanda hiss etdiyimiz güvəni bir anda itiririk, bir qadının(kişinin)yatağında. O güvən var ha, o güvən, sanki itirilməyə müsait olar hər zaman. Gedər, bir də geri gəlməz. Çünki hər dost, hər sevgili, hər insan bir parça vicdanslzdı. Sən də tuş gələrsən bu vicdansız halına bir gün bir sevgilinin, ya da bir dostun...

Nə zaman başladı, nə zaman bitəcək, kimsə bilmir və bilməyəcək. Anlamaz, kimsə heç araşdırmaz da, sadəcə yaşayar, həm də elə " gözəl" yaşayar ki insan. Bir insana işgəncə etməyin ən asan və acımasız yoludu Xəyanət! Səbəbli, ya səbəbsiz olur xəyanət... Səbəbi nə olursa-olsun sonunda əzab çəkir xəyanətə uğrayan. Bəlkə şəhvət, bəlkə qisas, ya da xəstəlikdir səbəb, amma sən bir də xəyanətlə üzləşəni gör... Baxmaz kimsənin gözlərinə, qaçırar baxışını doğmalarından, özünü suçlayar cütlukləri görəndə. Gedər, gedər bir yana cıxmaz. Nə səhərləri aydın olar, nə gecələri xeyrə qalar. Bir də kimsəyə güvənməz.

Nəticə də nə olur-olsun, boşanma, ayrılma, küsmə, çıxıb getmə…  Nə olursa-olsun xəyanət əlinə, gözünə, üzünə, ürəyinə yazılar adamın. Əslində xəyanət ruh halı deyil, xarakterin təzahürdür. Xəyanət edən tərəf də rahat ola bilmir əslində, özü etdiyi üçün hər kəsdən xəyanət gözləyir. Xəyanətlə üzləşən insansa daha güclü görünməyi seçir. İnanmaz insanlara, baxmaz kimsənin gözlərinə, "sevmirəm"lə bitən cümlələr qurar. Məsələn, "əlimdən tutma, sevmirəm"deyər. Qadın və ya kişi fərq etməz, sonradan həyatına kim gəlir-gəlsin hər giriş-cıxışı da gömrükdən keçər, "üstü-başı" nə gətirdi, nə aparır… 

Ömrü boyunca kürəyini qoruyar adam, yarasını gizlədər... Nələr itirər bilirikmi? Münasibətlərə inamını itirər, qadınlara etibarını itirər, özünə inamını itirər adam.. Çox yaxın insanın itkisi kimi yaşanar xəyanətlər. Necə ki itirdiyin adamın yoxluğu ilə heç vaxt barışa bilmirsən, unuda bilmirsən, unutmaq olmur. Uzun sözün qısası… Bunları nədən yazdım, bilmirəm, amma bilirəm ki hər kəs azca dadıb bu hissi.. Və duydum ki vicdan bizi tərk etməkdə. Xəyanətlə üzləşən insanın əsas problemi daimidir: Heç bir şey əvvəlki kimi olmayacaq. Deyir və inanır.



Oxşar xəbərlər