Pis insanları cəmiyyət yaradır - Nəbi Alışov yazır


  • 13:50 / 06 09 2022 |
  • Bölmə: Köşə


Var-dövlət, şan-şöhrət və özünə vurğunluq xəstəliyinə yoluxmuş insanlardan adama dost olmaz! Onlardan mümkün qədər uzaq durmaq lazimdir. Bu tipdə olan insanlar adamı yeri gələndə öz mənafeyi və çixarı naminə "uf "demədən xərcləyərlər. 

Düzdür, istisnalar həmişə var. Ancaq belə xarakterli insanlar təəssüf ki, aramızda coxdurlar. Onlardan bəziləri həddindən artıq eqoist və təkəbbürlü olduğundan tənqidi və özünü tənqidi qəbul etmirlər. Və həmişə özünü tərifləyər və ya təriflənmək istəyərlər. Ona görə də sifətlərində Allahın verdiyi nurdan əsər-əlamət olmayan belə insanların üzündən həmişə mərdimazarlıq yagır.

Onlar həmcinin dostluq etdikləri insanlara şəxsi mülkiyyət kimi baxır, müstəqil və alternativ fikri isə süngi ilə qarşılayırlar.  Vay o günə ki, belə xarakterli insanlar pesəkarlaşaraq adamın ustasi, briqadiri, müdiri və baş redaktoru olsun. Onda onun əlinin altında isləyən insanlar Asqabad batan kimi batacaq. Öz təcrübəmdən və müşahidələrimdən cıxış edib yazıram. Adama rəhbərlik edən belə insanlardan bəziləri qəddar, zalım, zülümkar olmaqla yanaşı həm də tamahkar və xəsis olurlar. Həmişə maaş vaxtı gələndə onların sifətindən zəhrimar yağır. Sənə vəd etdiyi maaşı da düzəməlli vermirlər. Əmək haqqını niyə kəsdiklərinin səbəbini soruşanda isə onlar səni işə gotürməkləri ilə bağlı sənə hələ bir minnətdə vururlar.

Lakin dərindən araşdıranda isə məlum olur ki, vaxtı ilə onlarında əmək haqqını kəsdiklərindən və zülmə məruz qaldıqlarından, onlar səninlə "dembil-maladoy" söhbəti edirlər. Və öz "rəhbərlərindən" haqqını tələb edə bilmədiklərindən "İsanın haqqını Musadan" alırlar. Psixoloji travma almış belə insanların yetişməsində təəssuf ki, cəmiyyətində günahı az deyil.

Sözümün canı odur ki, insanlara sevgi, qayğı ilə yanaşın və onların haqqına girməyin ki, sonradan niyə belə insanlar aramızda coxdur deyib fəryad etməyəsiniz!



Oxşar xəbərlər