Şuşaya qayıdışa həsr olunan film göstəriləcək - Video


  • 14:57 / 21 01 2021 |
  • Bölmə: Mədəniyyət və Şou


Mədəniyyət TV-də Şuşaya qayıdışa həsr olunmuş sənədli televiziya filmi nümayiş olunacaq
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Dönüş” adlı film ilk dəfə yanvarın 21-i saat 20:35-də yayımlanacaq.
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin hazırladığı sənədli film işğaldan azad olunmuş torpaqlara qayıdışa həsr olunub.
Ekran əsərində Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinin böyük ruh yüksəkliyi ilə mədəniyyət beşiyi olan Şuşaya qayıdışa hazırlıq prosesi əks olunur. 
Filmdə yaradıcı heyət bir vaxtlar Şuşada hazırladıqları, lakin işğal nəticəsində premyerasını keçirə bilmədikləri “Arşın mal alan” musiqili komediyasının üzərində yenidən işləyir. Məşqləri davam edən kollektiv bu tamaşanı tezliklə Şuşada qalib əsgərlərin, şəhərin həsrəti ilə yaşayan sakinlərin qarşısında təqdim etməyə hazırlaşır. Onlar bununla da 2021-ci ildə Azərbaycan mədəniyyətinin paytaxtı elan olunan şəhərə öz sənət töhfələrini vermək istəyirlər.
Sənədli filmin ssenari müəllifi Yaqub Əlioğli, rejissoru Murad Quliyev, operatorları Elxan Rüstəmov, Elşən Bədəlov, səs rejissoru Rəşad Əflatunoğlu, redaktoru Sevinc İsmayılzadədir. Direktoru Valeh Həsənli olan filmin montajı Yaqub Həsənova məxsusdur.
 




Oxşar xəbərlər