"Zəfər Muzeyinin yeri yaxın zamanda ictimaiyyətə açıqlanacaq” - Anar Kərimov


  • 14:28 / 22 01 2021 |
  • Bölmə: Mədəniyyət və Şou


“Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır”.
"Rupor" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
O qeyd edib ki, aidiyyəti dövlət qurumları və ekspertlərlə danışıqlar aparılır: “Müzakirələr hələ tamamlanmayıb. Ümid edirik ki, çox yaxın zamanda Zəfər Muzeyinin yeri ictimaiyyətə açıqlanacaq”.



Oxşar xəbərlər