Elxan Şahinoğlunun "Dəmir Yumruq" kitabı nəşr olundu - FOTO


  • 19:38 / 24 01 2021 |
  • Bölmə: Mədəniyyət və Şou


"Dostlar, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinə həsr etdiyim “Dəmir Yumruq” kitabım artıq “Qanun” nəşriyyatında çap edilib. Aydındır ki, indiki vəziyyətdə təqdimat keçirmək mümkün deyil. Buna görə də kitabları “Elmlər Akademiyası” metrostansiyası ilə üzbəüz “Libraff” kitab mağazasında (Hüseyn Cavid parkının yanı) yerləşdirmişəm".
"Rupor" xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu şəxsi "Facebook" hesabında yazıb.
Kitabın müəllifi daha sonra vurğulayıb ki, imzalı kitabı yanvarın 25-dən etibarən “Libraff” kitab mağazasından götürmək mümkündür: "Kitab pulsuzdur. Mağaza hər gün səhər saat 10.00-dan axşam saat 22.00-a kimi açıqdır. “Dəmir Yumruq” kitabını mağazaya yaxınlaşıb heç bir ödəmə etmədən götürə bilərsiniz".
"Rupor" "Dəmir Yumruq" kitabının nəşr olunması münasibətilə həm müəllif Elxan Şahinoğlunu və oxucuları təbrik edir.  



Oxşar xəbərlər