"Qızım bir ay öncə rəhmətə gedib" - Xalq artisti ölüm səbəbini dedi


  • 17:23 / 22 02 2021 |
  • Bölmə: Mədəniyyət və Şou


"Bəli, doğrudur. Böyük qızım 1 aydan çoxdur ki, rəhmətə gedib. Həkim çalışırdı, onların işi çox idi. Amma koronovirusdan rəhmətə getməsi barədə deyilənlər yalandır. Atalar övlad çiynində o biri dünyaya yola salınar, amma məndə əksinə oldu. Qızımın 70 yaşı var idi. Dünyaya gələn bir gün getməlidir də. Kim qalacaq ki? Mənim də 92 yaşım var, bu gündən mənim üçün də olacaq.  

"Rupor" xəbər verir ki, bu sözləri axşam.az-a Xalq artisti, ustad muğam ifaçısı Əlibaba Məmmədov  bir ay öncə dünyasını dəyişən qızının ölüm səbəbinə aydınlıq gətirərkən bildirib.



Oxşar xəbərlər