AzTV-də yeni film: “Qətl planı” - bu gün göstəriləcək - Video

  • 14:24 / 25 02 2021 |
  • Bölmə: Mədəniyyət və Şou

Azərbaycan Televiziyasında yeni layihə start götürür.

"Rupor“a Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən  məlumata görə, “Qətl planı” adlı yeni televiziya layihəsi bədii-sənədli filmlər silsiləsindən ibarətdir.

Çəkiləcək bədii-sənədli filmlərin qəhrəmanları faciəvi ölümü ilə tarixə düşmüş ictimai-siyasi, mədəniyyət və elm xadimləri olacaq. 

Filmlər sözügedən şəxsiyyətlərin ölüm səhnələri ilə başlayacaq və sanki onların həyatının sonundan əvvəlinə doğru ekskurs ediləcək.

Bəzi  şəxsiyyətlərin  müəmmalı  ölümü  tarixi detektiv üslubda araşdırılacaq və  müxtəlif fərziyyələr irəli sürüləcək. 

Filmlərdə həm orta əsrlərdə, həm də 19, 20-ci əsrlərdə yaşamış və bu kontekstə uyğun şəxsiyyətlərin obrazları canlandırılacaq. 

Bundan başqa, “Qətl planı”nda tamaşaçılar  qətlə yetirilmiş Cümhuriyyət xadimləri, repressiya qurbanları və müasir dövrdə faciəvi şəkildə dünyadan köçən ziyalılar, alimlər, ictimai-siyasi xadimlər barədə ətraflı məlumatlar əldə edəcəklər.

Ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Ramil Ağasiyev olan yeni televiziya layihəsinin quruluşçu operatoru Fahir Səmədoğludur.

“Qətl Planı” fevralın 25-i 21:30-da AzTV-də yayımlanacaq.

Oxşar xəbərlər