Pensiya alan vətəndaşlara MÜHÜM XƏBƏR – 2il ərzində...




      Bölmə: Sosial Tarix: 15.09.2023 / 19:53

Ölkəmizdə pensiya alan vətəndaşların bəziləri müxtəlif səbəblərdən bir müddət aylıq müavinətlərindən istifadə etmir. Belə olduqda həmin məbləğ müvafiq olaraq onların bank hesablarında yığılır. Lakin bəzən kartın vaxtının bitməsi və müxtəlif səbəblərdən vətəndaş həmin məbləğin konkret həcmindən xəbərsiz olur. Sözügedən mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Referans.Az-a danışıb.

“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şəxs müxtəlif formalarda, yəni yaş, əlillik və s. formada pensiya ala bilər. Əgər şəxs ona təyin olunmuş pensiyanı müvafiq bank kartından çıxarmırsa və ondan istifadə etmirsə vətəndaşlar bilməlidir ki, bu artıq dövlət büdcəsindən həmin şəxsin hesabına köçürülən məbləğdir. Bu artıq dövlət tərəfindən icra olunmuş öhdəlik hesab olunur. Artıq həmin məbləğdən istifadə edib-etməmək pensiya alan şəxsin hüququdur. Şəxs dünyasını dəyişərsə, əlbəttə ki, onun birinci dərəcəli vərəsələri yəni yaxın qohumları həmin məbləğdən mütənasib qaydada istifadə edə bilərlər. Amma burada hər hansı bir formada istifadə olunmayan pensiya məbləğinin yenidən dövlət büdcəsinə qaytarılması məsələsi yalnız vəfat edən şəxsin yaxınları və yaxud vərəsələri olmadıqda müştərisi olduğu bank tərəfindən müvafiq prosedurun həyata keçirilməsindən sonra geri dövlət büdcəsinə qaytarıla bilər. Bundan başqa qeyd etmək istəyirəm ki, vətəndaşlarımız pensiya alan şəxsin ölməsi barədə məlumat vermirlər və məlumatı olmadığı üçün dövlət bank kartının son istifadə müddətinə qədər pensiyanın ödənişini həyata keçirir. Lakin sənədlər təqdim olunduqdan sonra şəxsin çox öncələr vəfat etməsi faktı ortaya çıxır. Bu məbləğdən istifadə dövlət büdcəsindən yararlanmaq anlamında gəlir və cinayət əməli hesab olunur. Həmin götürülən məbləğ geri qaytarılmalıdır. Əgər qaytarılmasa Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluğu tərəfindən cinayət işi başlanılır və həmin vətəndaş cinayətə cəlb oluna bilər”.






SON XƏBƏRLƏR
6-02-2024, 15:18
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 00:00
Azərbaycan cüdo tarixində İLK
1-02-2024, 23:56
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı paylaşım edib - FOTO
1-02-2024, 23:49
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:37
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
10-12-2023, 20:22
Könül Kərimovanın bu görüntüsü TƏNQİD EDİLDİ - FOTO
9-12-2023, 22:00
Yeni ildə 7 gün iş olmayacaq
9-12-2023, 21:55
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
9-12-2023, 21:48
Mətanət keçmiş gəlinini rüsvay etdi: “Gecə biz evdən çıxan kimi...” - ŞOK İTTİHAM
9-12-2023, 21:42
Yaşlı kişi toyda elə rəqs etdi ki... - VİDEO
9-12-2023, 21:35
Məni xəstə oğlunla evləndirdin ki... - Mətanətin keçmiş gəlinindən ŞOK SÖZLƏR
9-12-2023, 21:33
Aptekdə dərman almağa pulu çatmayan qadın ŞOKU YAŞADI - Bütün dünya göz yaşına BOĞULDU/VİDEO
9-12-2023, 21:29
Müəllimlərə ŞAD XƏBƏR: Vəzifə maaşları artırıldı
7-12-2023, 16:03
Zəlzələ neçə saniyə çəkib?
7-12-2023, 16:00
“Metro, ali təhsil müəssisələri, məktəb və uşaq bağçaları nəzarətə götürülüb”
7-12-2023, 15:56
Prezident seçkiləri ilə bağlı MSK-nın iclası keçiriləcək - Namizədlər irəli sürüləcək
7-12-2023, 15:51
Azərbaycanda 5,6 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-1
7-12-2023, 15:48
65 yaşı onu həbsdən qurtardı: Naxçıvan hava limanında insident
7-12-2023, 15:44
“Vəfaya ev də, bağ da, maşın da alıb” - VİDEO
7-12-2023, 15:38
Zəlzələ həyət evlərinin bahalaşmasına səbəb olacaq? - AÇIQLAMA
7-12-2023, 15:34
Aynur Dadaşova: “Deyirlər ki, kasıb olduğum üçün kasıbların toylarına gedirəm”
7-12-2023, 15:32
Çində yayılan "sirli xəstəlik" Rusiyaya çatdı: Bu uşaqlar risk altındadır

---