Baş rejissor xəstəxanaya yerləşdirildi - Koronavirus şübhəsi


  • 15:22 / 27 05 2020 |
  • Bölmə: Mədəniyyət və Şou


Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə pnevmoniya aşkarlanıb.

"Rupor" xəbər verir ki, bu barədə Unikal.org-a əməkdar artistin özü məlumat verib.

O bildirib ki, hazırda xəstəxanada müalicə olunur:

“Qızdırma və öskürəyim olduğu üçün koronavirus testindən keçdim. Testin nəticəsi açıqlanana qədər nəfəs darlığım olduğu üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişəm. Mənə sətəlcəm olduğumu dedilər. Koronavirusla bağlı testin cavabını gözləyirəm. Ondan sonra vəziyyətim dəqiq bilinəcək”.





Oxşar xəbərlər