"Hamı mənə deyir ki, yəqin Kamili sıxıblar, daha yardım paylamır. Amma çörəyə and olsun ki, mənə heç kim deməyib ki, yardım etmə və ya nəsə. Balamın canına and olsun, əksinə, dövlət işçiləri hamısı dəstək oldu ki, sağol Kamil, nə qədər ailəyə yardım etdin".

Bu fikirləri idmançı instaqramda canlı yayımda bildirib. 

O, karantin rejimini pozduğuna görə 10 sutkalıq  həbs cəzasını çəkib azadlığa çıxandan sonra imkansız ailələrə yardım aksiyasını dayandırmasına aydınlıq gətirib.

"Qanun qanundur. Çox adam ağzına gələni yazır ki, Kamili qorxutdular, sındırdılar. Amma mənə heç bir təzyiq olmayıb. Əksinə, içəri girəndə artıq vəziyyət düzəlmişdi deyə, daha yardım paylamayacağımı bildirdim. Orada polislər mənə dedilər ki, yenə davam et, yoxsa deyəcəklər ki, polislər sıxdı Kamili".


 



Oxşar xəbərlər