X Şairlər Günü layihəsi onlayn keçrilir - Bu gün yayımlanacaq


  • 18:13 / 01 06 2020 |
  • Bölmə: Mədəniyyət və Şou


X Şairlər Günü layihəsi onlayn keçrilir. "Rupor"a bu barədə layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyi Müşfiq Komissiyasının sədri şair Xəyal Rza məlumat verib. 

Xəyal Rza bildirib ki, Şairlər Günü layihəsi hər il 5 iyun tarixində - ölməz şairimiz Mikayıl Müşfiqin doğum günündə təşkil edilir. Layihə ilk vaxtlar yalnız paytaxtda keçrilsə də, sonra bölgələrimizdə də qeyd olunmağa başladı: 

"Dünyasını dəyişmiş görkəmli şairlərimizin xatirəsinə həsr edilən Şairlər Gününə hər il müxtəlif ölkələrdən tanınmış qələm adamları dəvət edilir. Türksoylu ölkələrin həmrəyliyi, ədəbi əlaqələrinin inkişafı naminə indi Şairlər Günündə Azərbaycan şairləri ilə yanaşı türkdilli ölkələrdən olan unudulmaz şairlərin də xatirəsi yad edilir. Hər il Şairlər Günü mayın 30-da Şamaxıda Fikrət Sadıq – Rauf Parfi, mayın 31-də Gəncədə Nigar Rəfibəyli - Nigar Binti Osman, iyunun 1-də Şəmkirdə  Əhməd Cavad - Mehmet Akif  Ersoy, iyunun 2-də Tovuzda Mikayıl Azaflı – Muhabet Ötemisov, iyunun 3-də Qazaxda Vaqif Səmədoğlu – Nazim Hİkmət, iyunun 5-də Bakıda, iyunun 6-da  Siyəzəndə Mikayıl Müşfiq, iyunun 7-də Beyləqanda Mücirəddin Beyləqani – Abdulhamid Süleyman Çolpan, iyunun 8-də Şabranda Xaqani Şirvani, iyunun 9-da Sumqayıtda  Əli Kərim – Abdurrahim Karakoç, iyunun 10-da Qubada Ələkbər Salahzadə, iyunun 11-də Şəkidə Bəxtiyar Vahabzadə, iyunun 12-də Göyçayda Rəsul Rza – Necati Zəkəriyyənin xatirəsinə həsr edilir". 

Mayın 31-də TeamLink vasitəsilə təşkil edilmiş onlayn Şairlər Günündə şair Xəzangülün aparıcılığıyla bir çox qələm adamları iştirak ediblər. İştirakçılar Afaq Şıxlı, Sahib İbrahimli, Gülnarə Sadiq, Zülfiyyə Yaqub, Eltun Türkel, Əkbər Qoşalı, Aypara Ayxan, Aləmzar Ə    lizadə Şairlər Günü layihəsi haqqında fikirlərini bölüşüblər və şeirlərini səsləndiriblər. Nigar Rəfibəylinin və Nigar Binti Osmanın yaradıcılığı haqqqında danışan şair Xəzangül hər iki şairdən şeirlər söyləyib. Tədbirdə aşıq Dilqəm sazda ifa edib.  

Layihə bu gün iyunun 1-də Əhməd Cavadın və Mehmet Akif Ersoyun xatirəsinə həsr ediləcək. Tədbir saat 21-də Azərbaycan Yazıçılar Birliyinin feysbuk qrupunda canlı yayımlanacaq.  



Oxşar xəbərlər