"Tanrının səsini eşitmək istəyirəm” - Leyla Əliyevanın yeni kitabı təqdim olundu - Fotolar


  • 13:36 / 16 04 2021 |
  • Bölmə: Mədəniyyət və Şou


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilən təqdimat mərasimində çıxış edib.

Komitə sədri bildirib ki, Leyla Əliyevanın yaradıcılığına yaxından bələddir: “Şairlər olduğu kimi görünən, göründüyü kimi də olan insanlardır – Ulularımızın “Ya göründüyün kimi ol, ya olduğun kimi görün” düşüncəsi Leyla Əliyevanın yalnız yaradıcılığında deyil,  şəxsiyyətində bütövləşib. Çünki digər insanlardan fərqli olaraq, şair və ya yazıçı öz ağrı-acısı ilə yanaşı, başqasının da acılarını hiss edir, özünün acısı kimi içərisindən keçirir. Leyla Əliyevanın yaradıcılığı, onun ruhu onun əməllərindədir. Leyla xanımın indiyədək ölkəmizdə və bir sıra xarici ölkələrdə kitabları gün üzü görüb, bugünsə qardaş Qırğızıtanda çıxmış kitabın təqdimatına yığışmışıq. Təbrik edir, uğurlar arzulayıram!

İnanıram ki qırğız oxucuları Leyla xanımın şeirlərini sevə-sevə oxuyacaq, zövq alacaq”

Komitə sədri Q.Paşayeva təqdimatdan sonra, respublikamızda səfərdə olan və təqdimatda iştirak edən Qırğız Respublikasının Mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyevlə görüşüb,  onunla qarşılıqlı maraq doğruan məsələlər ətrafında fiklir mübadiləsi aparıb. Leyla Əliyevanın kitabının qırğızca nəşr olunması da daxil olmaqla, iki qardaş ölkə arasında ədəbiyyat, mədəniyyət sahəsində görülmüş və planlaşdırılan işlərdən məmnunluq ifadə edilib.












Oxşar xəbərlər