Bəstəkar-müğənni Murad Arifə yeni vəzifəyə təyinat alıb.

Rupor.az Oxu.az-a istinadən xəbər verir ki, “MTV Azərbaycan” telekanalının musiqi departamentinin direktoru vəzifəsinə təyin edildiyi barədə bəstəkarın özü açıqlama verib.

“Telkanalın musiqi direktoru vəzifəsini icra etmək üçün təklif almışam. Yaxın zamanda məsələ ilə bağlı mediaya geniş açıqlama verəcəyəm”.

O, həmçinin, “YouTube”da məşhurlaşmış “Popumuz var” layihəsinin “İctimai Televiziya”da yayımlanacağını bildirib:

“Bu layihəm iyun ayından “İctimai Televiziya”da efirə çıxacaq. İlk qonağım isə Xalq artisti Aygün Kazımova olacaq”.




Oxşar xəbərlər