Vətən Müharibəsinə həsr edilmiş film beynəlxalq mükafata namizəddir - Video


  • 14:31 / 17 04 2021 |
  • Bölmə: Mədəniyyət və Şou


Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə apardığımız 44 günlük Vətən Müharibəsinə həsr olunmuş sənədli film Böyük Britaniyanın “One World Media” mükafatına namizədlər siyahısına düşüb.

"Rupor" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə beynəlxalq mükafatın rəsmi saytında məlumat dərc olunub.

Nüfuzlu “Vice News” kanalının hazırladığı film “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” adlanır və “İlin xəbər mükafatı” uğrunda yarışır.
Filmdə müharibə dönəmində düşmənin mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətlərindən bəhs olunur.

Qeyd edək ki, bu mükafat uğrunda stereotipləri qıran, dünya mediasında yayımlanmış ən yaxşı materiallar yarışır.

Bu il 96 ölkədən 500-dən çox material mükafatlara təqdim olunub.

Artıq bu materiallar arasında seçim aparılıb və hazırda 15 ekran işinin siyahısı hazırlanıb.

Qaliblər iyunun 17-də bəlli olacaq.

Sözügedən filmi təqdim edirik:






Oxşar xəbərlər