Nəsimi rayon İcra Hakimiyyətində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla, Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, Vətən Müharibəsi əlillərinin, veteranlarının və gənclərin iştirakı ilə “Dəmir yumruq” sənədli filminin təqdimatı olub.

"Rupor" xəbər verir ki, filmin nümayişindən əvvəl Vətən Müharibəsi şəhidlərinin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Real TV-nin təşkilatçılığı ilə lentə alınan Azərbaycanın hər bir güşəsində yaşayan azsaylı xalqların gənclərinin  torpaqlarımız uğrunda döyüşlərdə bir yumruq kimi birləşərək, vəhdət şəklində iştirakından bəhs edən “Dəmir yumruq” sənədli filmi nümayiş olunub.

Tədbirin sonunda Vətən Müharibəsi şəhid ailələrini, əlilləri və iştirakçıları maraqlandıran suallar cavablandırılıb,  irəli sürdükləri təkliflərlə bağlı onlara müvafiq izahatlar verilib.




















Oxşar xəbərlər