Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayevin Türkiyədə keçirdiyi əməliyyatdan sonra görüntüləri yayılıb.

"Rupor" “Qafqazinfo”ya istinadən xəbər verir ki, fotoları xəstəxanada sənətçini ziyarət edən aparıcı Hacı Nuran Hüseynov öz instaqram hesabında paylaşıb.

O, Əməkdar artist Məlahət Abbasova ilə xəstəxanaya gedərək Xalq artistinə baş çəkib. Aparıcı qeyd edib ki, 65 yaşlı müğənninin səhhəti qaydasına düşür.









Oxşar xəbərlər