Xalq artisti Arif Quliyevin səhhəti əvvəlki günə nisbətən stabil olub.

Bu barədə APAya aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının səhhətinin nisbətən normallaşdığını deyib: "Hələ süni tənəffüs cihazına qoşulu vəziyyətdə olsa da, dünən gecə səhhətində irəliləyiş olub. Açığı, biz çox qorxurduq, lakin şükür Allaha, səhhətində nisbətən irəliləyiş baş verib".

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika" ya yerləşdirilib.




Oxşar xəbərlər