Aktyor mükafatların verilmə qaydasından gileyləndi


  • 12:08 / 16 05 2021 |
  • Bölmə: Mədəniyyət və Şou


Aktyor Kamran Ağabalayev incəsənət nümayəndələrinə mükafatların verilməsində qoyulan şərtlərə diqqət edilməməsindən şikayətlənib.

"Rupor" xəbər verir ki, bu barədə aktyor öz “Facebook” hesabında paylaşım edib:

“İncəsənət nümayəndələrinə verilən mükafatlar hansı kriteriya ilə verilir? Bu, tanış-tunuş, yoxsa dövlət kanalındakı təriflərdən asılıdır? Məsələn, pandemiya dövründə mükafat alan sənətkarlar nə ediblər, harada ediblər, necə ediblər? Elvin Adıgözəlin "Biləsuvar" filmi bir neçə A kateqoriyalı festivalın əsas yarışma bölməsində iştirak edib, Hilal Baydarovun filmi Venesiyada gücünü sınadı... Azərbaycanın adı hallandı hər yerdə, incəsənətimiz qazandı, amma demək ki, Biləcərini keçənlər ölkədə heç kimə maraqlı deyil?”.





Oxşar xəbərlər