Xalq artisti Ramiz Əzizbəyli ilə vida mərasimi başlayıb.

"Rupor" APAya istinadən xəbər verir ki, vida mərasimi Xalq artisinin yaşadığı binanın önündə keçirilir.

Mərasimdə R.Əzizbəylinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak edirlər.

O, Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.







Oxşar xəbərlər