Şuşanın mədəniyyət paytaxtı”na namizədliyi təqdim edildi


  • 13:52 / 17 09 2021 |
  • Bölmə: Mədəniyyət və Şou


Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib.

"Rupor" xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Twitter”də paylaşım edib.

Özbəkistanın Xivə şəhərində keçirilən Türksoyun 38-ci nazirlər iclasında iştirak edən A.Kərimov ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi və mədəni abidələrin dağıdılmasından,Vətən müharibəsindən danışdığını vurğulayıb.

O, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim etdiyini qeyd edib.





Oxşar xəbərlər