Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb.

"Rupor" xəbər verir ki, bu barədə "Report"-a Xalq artistinin yaxınları məlumat veriblər.

Bildirilib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı xanəndənin səhhətindəki problemlər tərdicən aradan qaldırılır: "Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq".




Oxşar xəbərlər