Azərbaycanın dahi şairi Əhməd Cavadın Gəncə şəhərində vaxtilə yaşadığı evin divarında barelyefi qoyulub.

"Rupor" xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində barelyefin açılışı mərasimi keçirilib.

Tədbirdə şairin nəticəsi Cavad Axundzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər dahi şairin həyat yolundan, Azərbaycan ədəbiyyatına verdiyi mühüm töhfələrdən danışıblar.










Oxşar xəbərlər