Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olmasına hazırlıq gedir


  • 14:54 / 25 11 2021 |
  • Bölmə: Mədəniyyət və Şou


2023-cü ildə Şuşa şəhəri “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacağı ilə bağlı TÜRKSOY tərəfindən qərar veriləcək. 

“Rupor”un konfransdakı əməkdaşı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 24-də Daş Salnamə Muzeyində Vətən müharibəsində şanlı Zəfərimizin birinci ildönümünə həsr olunmuş “Böyük Qayıdış: mədəniyyətin dirçəlişi” adlı beynəlxalq konfransinda Anar Kərimov bildirib.

Nazir daha sonra paytaxtımız Şuşada mədəni mühitin də canlandığını vurğulayıb : “Bu il Şuşada üç böyük festival keçirilib. Bu kimi addımlar bundan sonra da davam edəcək. Bununla da biz bütün dünyaya göstəririk ki, Azərbaycan xalqı heç vaxt abidələrlə müharibə aparmır, əksinə onları bərpa edir”.

Ləman Süleymanova



Oxşar xəbərlər