Dünən vəfat edən Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi sabah günorta saatlarında ölkəyə gətiriləcək.

"Rupor" xəbər verir ki, bu barədə Modern.az-a rejissor Tahir Tahiroviç məlumat verib.

O qeyd edib ki, R. Abutalıbovun nəşi bu gün vəfat etdiyi xəstəxanadan təhvil alınacaq. Sabah günorta saatlarında Bakıya gətiriləcəyi planlaşdırılır.

Ramiz Abutalıbovun nəşi Bakıda, II Fəxri xiyabanda dəfn olunacaq.

O, ötən ilin noyabrında yıxılaraq zədə almışdı, o, bu səbəbdən yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilmişdi.

Tanınmış ictimai xadim Moskvada dünyasını dəyişib.





Oxşar xəbərlər