Kişinyovda nəşr edilən avanqard ədəbiyyat (nəsr) jurnalı olan “Kvardat” dərgisində tanınmış azərbaycanlı nasir, publisist Novruz Nəcəfoğlunun “Səyahət” (“Dağlara səyahət”) hekayəsi işıq üzü görüb.

"Rupor" xəbər verir ki, əsəri rumın dilinə jurnalın baş redaktoru, tanınmış moldovan-rumın ədibi Nikolay Spetaru çevirib.

Əməkdaşımıza açıqlamasında, o bildirib ki, Novruz Nəcəfoğlunun nəsri xeyli dərəcədə maraqlıdır, bizim çağdaş, tələskən nəqletmə dünyamızda onun sadə dilə malik olan təhkiyəsinin ləngəri olduğu, böyük həyat təcrübəsinə söykəndiyi o saat sezilir:

“Biz adətən, dərgimizdə ən çox xoşumuza gələn əsərlərin müəlliflərini üz qabığında təqdim edirik. Bu sayımızın “qəhrəmanı” azərbaycanlı nasir Novruz Nəcəfoğu oldu və bu bizi həm də xalqlarımızın, ədəbiyyatlarımızın arasındakı ədəbi mübadiə faktı kimi də sevindirir...”

Qeyd edək ki, Novruz Nəcəfoğlu (Novruzov) həm də Siyaəzən rayonunun icra başçısıdır. 



Oxşar xəbərlər