
Rusiyalı yazıçı, şair və ssenarist Aleksandr Timofeyevski 88 yaşında dünyasını dəyişib.
“Rupor” xəbər verir ki, bu barədə TASS-a onun həyat yoldaşı Natalya məlumat verib.
O, ömür-gün yoldaşının ağır xəstəlikdən vəfat etdiyini qeyd edib.
Qeyd edək ki, A.Timofeyevski 1933-cü il noyabrın 13-də Moskvada anadan olub. Bir çox cizgi filminə ssenari və mahnı yazıb. Onlardan ən məşhuru “Pesenki krokodila Genı”dır (“Pust bequt neuklüje...”). Şair bir çox mükafat laueratı olub.
